5 ayda 19 milyard manatlıqdan çox sənaye məhsulları istehsal olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

5 ayda 19 milyard manatlıqdan çox sənaye məhsulları istehsal olunub

14 İyun 2018
 

Ölkə üzrə yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artmış, neft sektorunda 0,3 faiz azalmışdır.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda daha sonra bildirilir ki, sənaye məhsulunun 73,2 faizi mədənçıxarma, 22 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 1,2 faiz artmış, qaz hasilatı 8,2 faiz azalmışdır. Emal sektorunda isə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1, tütün məmulatlarının istehsalı 2,6, poliqrafiya məhsullarının istehsalı 2,2, hazır metal məmulatlarının istehsalı 2 dəfə, mebel istehsalı 96,8, elektrik avadanlıqlarının istehsalı 96,2, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4, tikinti materiallarının istehsalı 40,4, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4, geyim istehsalı 11,4, əczaçılıq məhsullarının istehsalı 3,7 faiz artmışdır. Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır.