İtaliya ordusu Suriyaya hərbi kontingent göndərdi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliya ordusu Suriyaya hərbi kontingent göndərdi

13 İyun 2018
İtaliya ordusu YPG/PKK terrorçu təşkilatını dəstəkləmək üçün hərbi kontingentini Suriyada ABŞ və Fransa bölmələrinin yerləşdiyi Deyr əz-Zor şəhərinə göndərmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, bir həftə əvvəl italiyalı hərbçilər İraqdan Suriyanın şimalında YPG/PKK terrorçu təşkilatının işğal etdiyi rayona gəlmişlər. Onlar Amerika bazasında yerləşmişlər. İtalyanlar ilkin mərhələdə İŞİD-ə qarşı döyüşlərdə iştirak etməyəcəklər.

Hazırda İŞİD terrorçuları Həsəkə və Deyr əz-Zorda mühasirədədirlər. Ötən ayın əvvəllərində YPG/PKK beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İŞİD-ə qarşı əməliyyata başlamış, lakin güclü müqavimətlə rastlaşdığından indiyədək irəliləyə bilməmişdir.