Akademik İsa Həbibbəyli: Dünya kitabxanalarında saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması mühüm məsələdir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik İsa Həbibbəyli: Dünya kitabxanalarında saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması mühüm məsələdir

13 İyun 2018
İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, üçüncü dəfədir keçirilən konfrans dünya kitabxanalarında saxlanılan əlyazmalarla tanışlığa imkan yaradır. Bu əlyazmaların araşdırılması çox mühüm məsələdir.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın məram və məqsədi barədə məlumat verib.

Sonra institut direktorunun müavinləri, filologiya elmləri doktorları, professorlar Aybəniz Əliyeva -Kəngərlinin “Cümhuriyyət dövrünün ədəbi konsepsiyasi (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Paşa Kərimovun “Nəsib bəy Yusifbəylinin “Təslim” hekayəsi”, həmçinin filologiya elmləri doktoru Nailə Səmədovanın “Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Müasir Azərbaycan Respublikasi Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzularında məruzələri dinlənilib.

Daha sonra konfrans işini bölmələrdə davam etdirib.