Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Zoodel” elektron ticarət platforması Azərbaycan sahibkarları üçün aksiyaya başlayır

12 İyun 2018
 

“Zoodel” elektron ticarət platforması Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) ilə birlikdə ölkəmizdə istehsalçılar və distribüterlər üçün geniş aksiyaya başlayır.

Aksiya zamanı sahibkarlar Zoodel.com saytında 6 ay pulsuz qeydiyyat və məhsulların təşviqi, eləcə də “ZoodMall” mobil proqramından istifadə imkanı əldə edirlər.

Məlumat üçün bildirək ki, İsveçrənin “OrientSwiss SA” şirkəti “Zoodel” (B2B) və “ZoodMall” (B2C) elektron ticarət platformalarının layihələrini təbliğ edir. Layihənin məqsədi MDB və İpək Yolu ölkələrinin (Azərbaycan, Gürcüstan, İran, İraq, Qırğızıstan, Monqolustan, Pakistan, Rusiya, Belarus, Tacikistan, Əfqanıstan, Türkmənistan, Türkiyə, Özbəkistan, Çin, Hindistan və Livan) istehsalçıları və distribüterlərinə dəstək verməkdir.

“Zoodel”in rəqiblərindən üstünlüyü sahibkarlara təlim, marketinq, ticarət tərəfdaşlarının identifikasiyası, logistika, təhlükəsiz ödənişlər, tenderlər və s. xidmətlərin göstərilməsidir. O, həmçinin  istehsalçılara uğurla idxal və ixrac əməliyyatları aparmağa kömək edir.

“Zoodmall” 7 ölkənin poçt şəbəkələri ilə birgə işlənmiş mobil proqramdır. Qazaxıstan, İran, Özbəkistan, Gürcüstan, Livan, İraq, Əfqanıstan poçt şəbəkələri vasitəsilə “Zoodmall” istehsalçılara, dilerlərə, pərakəndə satış və distribüter şirkətlərinə məhsullarını satmaq yaxud almaq imkanı verir.