Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMX üzrə dünya çempionatının keçici bayrağı Belçikanın nümayəndəsinə təqdim olunub

09 İyun 2018
İyunun 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı növbəti mundiala ev sahibliyi edəcək Belçika nümayəndəsinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq dünya çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib.

Beynəlxalq Velosipedçilər İttifaqının BMX komissiyasının və İttifaqın idarə heyətinin üzvü Artur Lopes də mərasimə qatılıb.

Velosiped idmanının BMX növü üzrə növbəti dünya çempionatı 2019-cu ildə Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.