Dubayda 80 min bitkidən “yaşıl divar” qurulub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dubayda 80 min bitkidən “yaşıl divar” qurulub

06 İyun 2018
Dubayda Yaxın Şərqdə ən böyük “yaşıl divar” qurulub.

AZƏRTAC BƏƏ KİV-lərinə istinadla xəbər verir ki, bu divar Dubay buxtasında, tarixi “Dubai Wharf” sahil zonasının yaxınlığında yerləşir. “GoverHorticulture” şirkətinin yaşıllaşdırma üzrə mütəxəssisləri tərəfindən layihələşdirilmiş və məşhur "DubaiProperties” şirkəti tərəfindən yaradılmış divarın uzunluğu 210 metr, hündürlüyü 6 metrdir. Hazırlanmasına 80 mindən çox bitki sərf edilmiş bu divarın ekoloji üstünlükləri ondan ibarətdir ki, o, Əmirliyə xas olan qızmar isti iqlim şəraitində oksigen buraxır, habelə yerli sakinlərin və turistlərin gözlərini oxşayır.