Qida Təhlükəsizliyi Agentliyinin sədri qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qida Təhlükəsizliyi Agentliyinin sədri qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib

17 May 2018
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşüb.

Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən açıqlama verilib.

Sərgidə iştirak edən "Özdad" MMC, “Gilan Holdinq” və digər şirkətlərin nümayəndələrini dinləyən agentliyin sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb.

Sədr, həmçinin müasir standartlara cavab verən, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib.

Q.Təhməzli agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.