Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

16 May 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşdü.