Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Portuqaliya millisinin dünya çempionatı üçün ilkin heyəti müəyyənləşib

15 May 2018
Futbol üzrə Portuqaliya millisinin Rusiyada keçiriləcək 21-ci mundial üçün heyəti açıqlanıb.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Fernandu Santuş 35 nəfərdən ibarət geniş heyəti açıqlayıb. Heyətdə qapıçılar - Antoni Lopeş (“Lion”, Fransa), Beto (“Göztəpə”, Türkiyə), Ruy Patrisio (“Sportinq”, Portuqaliya), müdafiəçilər - Antuneş (“Xetafe”, İspaniya), Bruno Alveş (“Qlazqo Reyncers”, Şotlandiya), Sedrik Soareş (“Saupqeton”, İngiltərə), Juan Kanselo (“İnter”, İtaliya), Joze Fonte (“Dalyan İfan”, Çin), Luiş Neto (“Fənərbaxça”, Türkiyə), Mariu Ruy (“Napoli”, İtaliya), Nelson Semedo (“Barselona”, İspaniya), Pepe (“Beşiktaş”, Türkiyə), Rafael Qerreyro (“Borussiya Dortmund”, Almaniya), Rikardo Pereyra (“Porto”, Portuqaliya), Rolando (“Marsel”, Fransa), Ruben Diaş (“Benfika”, Portuqaliya), yarımmüdafiəçilər - Adrien Silva (“Lester Siti”, İngiltərə), Andre Qomeş (“Barselona”, İspaniya), Bruno Fernandeş (“Sportinq”, Portuqaliya), Joao Mario (“Vest Hem”, İngiltərə), Joao Moutinyo (“Monako”, Fransa), Manuel Fernandeş (“Lokomotiv”, Rusiya), Ruben Neveş (“Vulverxempton”, İngiltərə), Serjio Oliveyra (“Porto”, Portuqaliya), Villiam Karvalyo (“Sportinq”, Portuqaliya), hücumçular - Andre Silva (“Milan”, İtaliya), Bernardo Silva (“Mançester Siti”, İngiltərə), Kriştianu Ronaldo (“Real”, İspaniya), Eder (“Lokomotiv”, Rusiya), Jelson Martins (“Sportinq”, Portuqaliya), Qonsalo Qedeş (“Valensiya”, İspaniya), Nani (“Latsio”, İtaliya), Paulinyo (“Braqa”,Portuqaliya), Rikardo Kuarejma (“Beşiktaş”, Türkiyə) və Roni Lopeş (“Monako”, Fransa) yer alıblar.

Qeyd edək ki, Portuqaliya yığması Rusiyada keçiriləcək dünya çempionatında İspaniya, Mərakeş və İran ilə eyni qrupda mübarizə aparacaq.