Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müəllim tövsiyəsi

13 May 2018
 

Respublikamızın iqtisadiyyatı inkişaf edib şaxələndikcə peşə ixtisaslı kadrlara ehtiyac da artır. Yaşadığım Şəmkir rayonunda da yeni açılan istehsalat sahələri çoxdur. Tez-tez eşidirik ki, həmin müəssisələrə müxtəlif peşələr üzrə işçilər tələb olunur.

Mən də orta məktəbin 9-cu sinfini bitirəndə elektrik peşəsinə yiyələnmək qərarına gəldim. Bu məqsədlə sənədlərimi rayondakı texniki peşə liseyinə verdim. Artıq iki ildir ki, burada təhsil alıram. Liseydə traktorçu, xalça toxuculuğu, avtomobil çilingəri, rabitə texnologiyaları üzrə də kadrlar hazırlanır. Onu da deyim ki, burada gənclərin seçdikləri peşələrə yiyələnmələri üçün hər cür şərait var. Bu günlərdə liseydə sənaye müəssisələrinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə müxtəlif peşələrə, həm də çox sayda iş təklif edildi.

Bizə burada dərs deyən, peşə öyrədən müəllimlər deyirlər ki, seçdiyiniz ixtisasa dərindən yiyələnin. Buranı qurtarandan sonra hansı təşkilata üz tutsanız, sizin qabiliyyətinizi yoxlayacaqlar. Çalışın ki, peşələrə mükəmməl yiyələnin. Biz də müəllimlərin bi tövsiyələrinə əməl etməyə çalışırıq.

 

Nicat ŞIXƏLİYEV,

Şəmkir rayonu