Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq şagird konfransının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

04 May 2018
Bakıda keçirilən “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda üçüncü beynəlxalq şagird konfransının iştirakçıları mayın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.