Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC-yə orqan və toxumaları transplantasiya etməyə icazə verilib

03 May 2018
Nazirlər Kabineti “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarda dəyişiklik edilməsi barədə qərar verib.

AZƏRTAC xəbər verir ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC-nin adı əlavə olunaraq böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası və sümük iliyi transplantasiyası etməyə icazə verilib.