Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa nümayəndə heyəti Milli Məclisdə olub

02 May 2018
Mayın 2-də “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Azərbaycanın dostları Assosiasiyasının Prezidenti Jan Fransua Manselin rəhbərliyi ilə Fransa nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşüb.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fransanın ictimai, siyasi və mədəniyyət xadimlərinin, şirkət rəhbərlərinin də daxil olduğu 30 nəfərlik nümayəndə heyətini salamlayan Səməd Seyidov Azərbaycan-Fransa münasibətlərinin tarixi, parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.

Qonaqlar Azərbaycanda gördükləri tolerantlıqdan, inkişaf və sabitlikdən razılıqla danışıblar.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Sahibə Qafarova və Şahin İsmayılov iştirak ediblər.