Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşü olub

26 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Londonda Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbir xəbər verir ki, görüşdə Baronessa Rona Feyrhed Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik etdi. O, Bakıya səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.