Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rumıniyanın eks-prezidenti İliyeskuya rəsmən ittiham irəli sürüldü

17 Aprel 2018
Dünən Rumıniyanın sabiq prezidenti İon İliyesku Baş Prokurorluğa çağırılmış və orada ona “inqilab işi ilə bağlı” insanlığa qarşı cinayətdə rəsmən ittiham irəli sürülmüşdür. Bu barədə “Agepres” agentliyi xəbər verir.

Məlumata görə, eks-prezident 1,5 saat dindirilmişdir.

Xatırladaq ki, Nikolaye Çauşesku rejiminin devrilməsi ilə nəticələnmiş 1989-cu il dekabr inqilabı zamanı 1000-dən çox adam həlak olmuş, 2000-dən çox adam yaralanmışdır. Həmin vaxt ölkədə Çauşesku rejiminə qarşı etiraz nümayişləri iştirakçıları ilə onun tərəfdarları arasında silahlı döyüşlər baş vermişdi.

Hərbi prokurorluq hələ 1990-cı ildə hadisələrlə bağlı cinayət işi açmışdır. 25 ildən sonra prokurorlar işə xitam vermişlər. 2016-cı ildə Rumıniya Prezidenti Klaus Yohannisin tapşırığı ilə yenidən cinayət işi açılmışdır.