Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən

17 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizi Bolqarıstan Respublikasına səfər etməyə yenidən dəvət edirəm. Biz Azərbaycanı özümüzə prioritet tərəfdaş hesab edirik. Əminəm ki, Sizin Bolqarıstana səfəriniz xalqlarımızın mənafeyi üçün ölkələrimiz arasındakı ənənəvi yaxın və dostluq əlaqələrinin daha da inkişafına və dərinləşməsinə yeni töhfə verəcək.

Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasındakı Birgə Bəyannaməyə əsasən, Sofiya və Bakı arasındakı əlaqələrin hərtərəfli gücləndirilməsi dövlətlərimizin enerji təhlükəsizliyi və nəqliyyat bağlantısı sahələrində marağın həyata keçirilməsinə imkan yaradacaq və regional sülhün və sabitliyin güclənməsinə töhfəsini verəcəkdir.

Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar və möhkəm cansağlığı arzu edirəm. Azərbaycan Respublikasına davamlı inkişaf diləyirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti