Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Dövlət Universitetinin kafedrası beynəlxalq qurumun tamhüquqlu üzvü olub

17 Aprel 2018
Bakı Dövlət Universitetinin (BDU) sosial iş kafedrası Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasına (SİMBA) tamhüquqlu üzv qəbul edilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu, SİMBA-nın jurnallarına abunəlik, sosial iş məktəbləri ilə birgə layihələrdə iştirak imkanları yaradır.

1928-ci ildə Parisdə keçirilən Beynəlxalq Sosial İş Konfransında yaradılan SİMBA sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyasıdır. Təşkilatın əsas missiyası milli, regional və beynəlxalq assosiasiyalar ilə dünya miqyasında əməkdaşlıq çərçivəsində sosial iş təhsilini təşviq və təmsil etmək, sosial iş müəllimləri və proqramlarının cəlb olunmuş birliyini yaratmaq və qoruyub saxlamaq, sosial iş təhsili və təlimi üçün qlobal standartları hazırlamaq və s. məsələlərdən ibarətdir.