Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ BMT Təhlükəsizlik Şurasına Suriya barədə yeni qətnamə təqdim etdi

16 Aprel 2018
Vaşinqton London və Paris ilə birlikdə Suriyada vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasına (TŞ) yeni qətnamə layihəsi təqdim etmişdir. Bu barədə Fransanın “Liberation” qəzeti xəbər verir.

Layihənin müəllifləri Şərqi Qutə bölgəsində bir neçə kimyəvi hücumla bağlı məlumatların müstəqil təhqiqini aparmağa çağırmışlar. Sənəddə həmçinin humanitar yardımın maneəsiz çatdırılması və döyüş əməliyyatlarının dayandırılması çağırışı yer almışdır.
Qətnamədə daha bir tələb Suriyanın BMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirakıdır.
Xatırladaq ki, bundan əvvəl Rusiya TŞ-yə ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya raket hücumunu pisləyən qətnamə təqdim etmişdi. Lakin həmin qətnaməyə baxılmamışdır.
Məlum olduğu kimi, ötən şənbə günü ABŞ, Böyük Britaniya və Fransa hərbçiləri Dəməşqin yaxınlığındakı Duma şəhərinə kimyəvi hücuma cavab olaraq Suriyada üç obyektə raket zərbəsi endirmişlər. Rusiya Suriya qüvvələrinin kimyəvi silaha əl atdığını inkar edir.