Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu ilin birinci rübündə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

16 Aprel 2018
Bu ilin birinci rübündə Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 718 milyon 117 min ABŞ dolları, Türkiyə ilə 573 milyon 101 min ABŞ dolları, Rusiya ilə isə 497 milyon 594 min ABŞ dolları dəyərində olub.

Yanvar-mart aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 645 milyon 618 min ABŞ dolları, İsrailə 308 milyon 220 min ABŞ dolları, Türkiyəyə isə 260 milyon 714 min ABŞ dolları dəyərindədir.