Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ankara şəhərində fəaliyyət göstərən “Furkan Defense Industry” şirkətlər qrupu adından Rövşən Barxudarovdan, Zaur Məmmədovdan, Vaqif Barxudarovdan

16 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində xalqın yekdil səsverməsi nəticəsində yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi “Furkan Defense Industry” şirkətlər qrupu adından səmimi qəlbdən təbrik edirik.

Möhtərəm cənab Prezidentimiz, ölkəmizin bütün sahələrdə tərəqqisində mühüm xidmətləri olan yenilikçi bir dövlət başçısı kimi Sizi bu dönəmdə də Azərbaycanı sosial həmrəyliyin və əmin-amanlığın bərqərar olduğu və dünyaya örnək olan lider ölkə mövqeyinə çatdıracağınıza qəti əminik.

Yeni prezidentlik dövrünün ölkəmiz və xalqımız üçün xeyirli olmasını arzulayır, ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik.

Hörmətlə,


Ankara şəhərində fəaliyyət göstərən “Furkan Defense Industry” şirkətlər qrupu adından
Rövşən Barxudarov
Zaur Məmmədov

Vaqif Barxudarov