Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq Türk Akademiyasının prezidenti, Qazaxıstanın Astana şəhəri Darxan Kıdırəlidən

16 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının Sizə yüksək etimad göstərməsi bir daha sübut edir ki, zəngin təcrübəniz, yorulmaz fəaliyyətiniz və müdrik siyasətinizlə dövlətçiliyin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi yolundakı şərəfli missiyanız vətəndaşların qəlbində böyük rəğbət hissi formalaşdırmışdır.

Zati-aliləri, Azərbaycanda sabitliyin, sülhün qarantı kimi elm və təhsilin inkişafına, türkdilli dövlətlər və xalqlar arasında bu istiqamətdə əməkdaşlığın dərinləşməsinə Sizin dəstəyinizin davam edəcəyinə dərin inamımı ifadə etməkdən şərəf duyuram.

Sizin Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə verdiyiniz dəstək və göstərdiyiniz diqqəti böyük məmnunluq hissi ilə qeyd edir, təşkilatın bundan sonra da türkdilli dövlətlərin elmi əməkdaşlığı və inteqrasiyasına daha böyük həvəslə xidmət göstərəcəyinə sadiq qalacağını bildirmək istəyirəm.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, qardaş Azərbaycan xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

 

Darxan Kıdırəli

Beynəlxalq Türk Akademiyasının prezidenti,

Qazaxıstanın Astana şəhəri