Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mart ayı üzrə “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 232 sahibkar müraciət edib

05 Aprel 2018
 

Prosedurların azaldılması sahibkarların işini asanlaşdırıb

 

“Azərişıq” ASC tərəfindən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsinin bölgələrdəki bütün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsi mart ayı ərzində müsbət mənada öz təsirini göstərib. Belə ki, mart ayında bayram günlərinin sayının çoxluğuna, daha dəqiq, cəmi 19 gün iş günü olmasına baxmayaraq, 318 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN xidmət” və ASAN kommunal” vasitəsilə “Azərişıq” ASC-yə müraciət edib.

Mart ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlər də asanlaşma prosesinin bütün bölgələrə əhatələnməsindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar. Belə ki, mart ayının 19 iş günü ərzində evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət edən vətəndaşların sayı 2972 nəfər təşkil edir.

Ümumilikdə isə mart ayı ərzində “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 11 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu) 13 minə yaxın müraciət olunub.

 

“Azərbaycan”