Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

15 Mart 2018
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulandı, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirildi. Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək, Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulandı.