Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə Silahlı Qüvvələri Afrin şəhər mərkəzini mühasirəyə alıb

13 Mart 2018
 

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş qərargahı Suriyanın Afrin şəhər mərkəzinin mühasirəyə alındığı və strateji əhəmiyyətli rayonların Türkiyə ordusunun nəzarətinə keçdiyi barədə məlumat yayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda TSQ şəhər mərkəzində əməliyyat keçirməyə hazırlaşır. Şəhəri tərk etmək istəyən dinc əhali üçün cənubda təhlükəsiz dəhliz yaradılıb.

Məlumatda, həmçinin əməliyyatın başladığı vaxtdan indiyədək 3393 YPG/PKK üzvünün zərərsizləşdirildiyi bildirilir.

Xatırladaq ki, Türkiyə ordusu Suriyanın Afrin əyalətində yerləşən terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına yanvarın 20-də start verib. Bu əməliyyatlarda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edirlər.