Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda ABŞ Avropa Komandanlığı tərəfindən seminar keçirilib

08 Mart 2018
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, ABŞ Avropa Komandanlığının mütəxəssisləri tərəfindən Bakıda “Quru qoşunlarda texniki xidmət və təmir bölmələrinin işinin təşkili” mövzusunda seminar keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qoşun növlərindən hərbi qulluqçuların iştirak etdiyi seminarda mövzuya dair müxtəlif brifinqlər təqdim olunub.