Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Papua-Yeni Qvineyada güclü zəlzələ baş verdi

07 Mart 2018
Papua-Yeni Qvineyada baş vermiş Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ nəticəsində azı 55 nəfər həlak olmuşdur. Bu barədə Sautern-Haylends əyalətinin qubernatoru Uilyam Pauiyə istinadən “Anadolu” agentliyi xəbər verir.

Yeraltı təkanlar Porger şəhərindən 112 kilometr cənub-qərbdə qeydə alınmışdır. Əsas təkanlardan sonra bir neçə afterşok baş vermişdir.

Xatırladaq ki, ötən ayın 26-da Papua-Yeni Qvineyada 7,4 bal gücündə zəlzələ baş vermişdir. Təbii fəlakət nəticəsində 30 nəfərdən çox adam həlak olmuş, 300-dən çox sakin xəsarət almışdır. Zərərçəkən regionlarda elektrik təchizatı pozulmuş, bir çox yerlərdə torpaq sürüşməsi baş vermişdir.