Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Saatlıda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

14 Fevral 2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Saatlıda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 16-da Saatlı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Belə ki, nazir fevralın 23-də saat 12:30-da Saatlı şəhərində Saatlı, Hacıqabul, Sabirabad rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, “1655” saylı “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Saatlı rayonunda (02128) 52123, Şirvan şəhərində (02121) 51515, Hacıqabul rayonunda (02120) 43101, Sabirabad rayonunda (02123) 55155 nömrəli telefonlara zəng edə bilərlər.