Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində ilk oyunlar keçirilib

14 Fevral 2018
Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk iki oyunu keçirilib.


ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib. Səfərdən sərfəli heç-heçə ilə qayıdan "Tottenhem" isə cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.

 

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar



13 fevral


“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2
Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72
Baş hakim: Feliks Brix (Almaniya)
"Yuventus" stadionu, Turin



“Yuventus”: Buffon, De Şilio, Benatio, Kyellini, Aleks Sandro, Pyaniç, Xedira, Bernardeski, Duqlas Kosta, Mancukiç, İquayn
“Tottenhem”: Lloris, Orye, Sançez, Vertongen, Devis, Dembele, Dayer, Lamela, Eriksen, Delle Alli, Keyn

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4


Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23
Baş hakim: Yonas Eriksson (İsveç)
"Sankt-Yakob Park", Bazel



“Bazel”: Vaslik, Lakrua, Fray, Ştoker, Suxi, Oberlin, Sere Di, Elyunussi, Riveros, Caka
“Mançester Siti”: Ederson, Uolker, Kompani, Otamendi, Delf, Fernandinyo, İlkay, De Brün, Sterlinq, Bernard Silva, Aquero