Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aram Manukiyan: Sanki regionda Ermənistan adlı dövlət yoxdur

13 Fevral 2018
Sanki regionda Ermənistan adlı dövlət yoxdur. Ermənistan Qafqazda de-yure mövcuddur. Lakin regionda həyata keçirilən heç bir qlobal xarakterli beynəlxalq iqtisadi layihədə iştirak etmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqres partiyasının sədr müavini Aram Manukiyan “Вестник Кавказа” analitik informasiya saytına deyib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı dalana dirənib və bu səbəbdən də heç kim ölkəyə investisiya yatırmaq istəmir.

Partiya funksioneri qeyd edib ki, əvvəllər Ermənistana 3-4 milyard dollar investisiya yatırılırdı. Ötən il isə yatırılan investisiyanın həcmi cəmi 12 milyon dollar həcmində olub. Vəziyyəti daha da çətinləşdirən ölkədə baş alıb gedən korrupsiyadır. Heç bir ağıllı investor korrupsiyalaşmış dövlətə pul qoymaz. A.Manukiyan diqqətə çatdırıb ki, beynəlxalq investorlar sabit ölkələrə üstünlük verirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkədəki sabitliyi pozub. Ermənistanın nə xarici, nə də ki, daxili siyasətində sabitlik yoxdur.