Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mixeil Saakaşvili Kiyevdə yenidən saxlanılıb

12 Fevral 2018
Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə “Suluquni” restoranı yaxınlığında saxlanılıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Saakaşvilinin tərəfdarlarından biri olan David Sakvarelidze məlumat yayıb. Onun sözlərinə görə, xüsusi təyinatlılar Saakaşvilini tutaraq naməlum istiqamətə aparıblar.

Ukraynanın hüquq mühafizə orqanları Saakaşvilinin Avropa ölkələrindən birinə deportasiya olunacağını bildirib.