Türkiyə Avropa Parlamentinin ikili standartlarını rədd edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə Avropa Parlamentinin ikili standartlarını rədd edir

09 Fevral 2018
Avropa Parlamenti (AP) Türkiyənin qarşılaşdığı təhlükələrə məhəl qoymur və Ankaranın YPG/PYD, PKK, İŞİD və FETÖ kimi terrorçu qruplaşmalarla mübarizədə atdığı addımları nəzərə almır. Türkiyənin Xarici İşlər Nazirliyi AP-nin “Türkiyədə insan hüquqları sahəsində vəziyyət haqqında” qətnaməsini belə dəyərləndirmişdir.

Nazirliyin bəyanatında qeyd edilir ki, AP-nin qətnaməsi müxtəlif mənbələrin əsaslandırılmamış məlumatları əsasında hazırlanmışdır və onun yeganə məqsədi Ankaranı tənqid etməkdir. Rəsmi Ankaranın fikrincə, “Türkiyənin terrorizmlə mübarizə sahəsində fəal addımlarının tənqidi onu göstərir ki, AP Ankaranın bütövlükdə Avropanın təhlükəsizliyinə verdiyi töhfənin əhəmiyyətini dərk etmir”. Bəyanatda deyilir ki, AP Türkiyənin və türk xalqının etimadını çoxdan itirmişdir. Başqa sözlə, AP-nin bu qərarı Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmir.

Xatırladaq ki, AP bir neçə gün əvvəl Türkiyə hakimiyyət orqanlarını terrorizmi təbliğ edən şəxsləri məsuliyyətə cəlb etdiyinə görə pisləmişdir.