Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

07 Fevral 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654,  № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249,  № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 811-VQD, 814-VQD, 817-VQD nömrəli, 31 oktyabr tarixli 847-VQD, 851-VQD nömrəli, 17 noyabr tarixli 857-VQD, 870-VQD, 874-VQD, 876-VQD nömrəli, 1 dekabr tarixli 901-VQD və 913-VQD nömrəli qanunları) 43.1-ci maddəsində “602-1.1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən məlumatların lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə münasibətdə), 602-1.4 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədbirlərin görülməməsinə münasibətdə)” sözləri “602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə)” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il