Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında naviqasiya, hidroqrafiya və okeanoqrafiya sahələrində əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə

31 Yanvar 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında naviqasiya, hidroqrafiya və okeanoqrafiya sahələrində əməkdaşlıq haqqında 2017-ci il dekabrın 6-da Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 yanvar 2018-ci il