Alimlər insanın daxili orqanlarını görməyə imkan verən yeni texnologiya hazırlayıblar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər insanın daxili orqanlarını görməyə imkan verən yeni texnologiya hazırlayıblar

29 Yanvar 2018
Kanada alimləri tərəfindən hazırlanmış layihəyə əsasən insanın daxili orqanlarını cərrahi müdaxilə olmadan görmək mümkündür. “ProjectDR” AR-texnologiyası pasiyentin daxili orqanlarını o, hərəkət etdikdə belə görməyə imkan verir.

AZƏRTAC “futurist.ru” saytına istinadla xəbər verir ki, “ProjectDR” texnologiyasından əsasən cərrahi simulyasiyalarda istifadə ediləcək. Mütəxəssislər hesab edirlər ki, sistem yeni başlayan cərrahlar və manual terapevtlər üçün dərslərdə lazım ola bilər.