Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru ilə görüşüb

24 Yanvar 2018
Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olundu. “Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.