İldə 200 mindən çox türkyə vətəndaşı Azərbaycana səfər edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İldə 200 mindən çox türkyə vətəndaşı Azərbaycana səfər edir

16 Yanvar 2018
Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır.

AZƏRTAC Türkiyə saytlarına istinadla xəbər verir ki, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.

Rekord Turizm Səyahət Agentliyi idarə heyətinin sədri Mustafa Kiper qeyd edib ki, ildə 200 mindən çox türk vətəndaşı Azərbaycana yollanır. 2016-cı ildə ümumilikdə 8 milyon 62 min türk xarici ölkəyə səfər edib. Səfərlərin bir qismi iş, təhsil və qohum ziyarəti olsa da, tətil məqsədli səfərlər də mühüm yer tutur. Ziyarətçilər paytaxt Bakıdan başqa, Sumqayıt, Mingəçevir, Gəncə kimi böyük şəhərlərə də üz tuturlar.

Gürcüstan, Yunanıstan, Bolqarıstan, Almaniya, ABŞ, İran, İtaliya, Fransa, MDB ölkələri ən çox səfər edilən ölkələr sırasındadır.