Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qətər BƏƏ-dən BMT-yə şikayət etdi

12 Yanvar 2018
Qətər BƏƏ-dən BMT Təhlükəsizlik Şurasına şikayət etmişdir. “Əl-Cəzirə” telekanalının xəbərinə görə, Doha BƏƏ hərbi aviasiyasının Qətərin hava məkanını pozması ilə əlaqədar beynəlxalq təşkilata müraciət etmişdir. Şikayətin bir nüsxəsi  BMT-nin baş katibi Antoniu Quterrişə ünvanlanmışdır.

Bir müddət əvvəl Doha Əbu-Dabini beynəlxalq hüquq normalarını pozmaqda və Qətərin milli təhlükəsizliyini təhdid etməkdə günahlandırmışdı. Qətərin BMT yanında nümayəndəliyindən bildirmişlər ki, BƏƏ-nin hərbi təyyarələrindən biri ölkənin hava sərhədlərini pozmuşdur. Qətər xəbərdarlıq etmişdir ki, belə hadisələrin təkrarlanacağı təqdirdə öz hava məkanını müdafiə etmək və milli təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.