Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəbulu qadağan edilmiş preparatların siyahısı idmançı və məşqçilərə təqdim edilib

12 Yanvar 2018
Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi (ROEİUGVİM) 2018-ci ilə seminarla start verib.

AZƏRTAC xəbər verir ki, seminarın əsas mövzusu qəbulu qadağan edilmiş maddələrlə mübarizə olub.

Tədbiri giriş sözü ilə açan ROEİUGVİM-in direktoru Faiq Qurbanov təmiz mübarizənin hər şeydən vacib olduğunu deyərək idmançı karyerasının dopinq səbəbindən yarımçıq qalması təhlükəsini vurğulayıb. O bu məqsədlə idmançılar, məşqçilər və valideynlər arasında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu deyib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və qurumun Teropevtik İstifadəyə İcazə Komitəsinin sədr müavini Fərid Əliyev tərəfindən Beynəlxalq Antidopinq Agentliyi (WADA) tərəfindən qəbulu qadağan edilmiş preparatların siyahısı ROEİUGVİM-in idmançılarına və məşqçilərinə təqdim edilib. Natiqlər bu cür maddələrin idmançıların sağlamlığına və idman karyerasına təsir edəcək zərərindən söhbət açaraq onları əyani vəsaitlərlə tanış ediblər.