Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Donald Tramp Böyük Britaniyaya səfərini ləğv edib

12 Yanvar 2018
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya fevral ayında planlaşdırılan səfərini ləğv etdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Ağ evin başçısı bu barədə özünün Twitter səhifəsində yazıb: “Sabiq prezident Barak Obama administrasiyasının Londondakı ən gözəl səfirliklərdən birini qəpik-quruşa satılmaq və kənar rayonda 1,2 milyard dollara yenisini tikmək qərarını dəstəkləmədiyim üçün Britaniyaya səfərimi ləğv etmişəm. Pis sövdələşmədir. İstəyirlər, lenti mən yeni kəsim? Yox!”.

“Daily Mail” qəzetinin məlumatına əsasən, ABŞ lideri fevral ayında Böyük Britaniyaya səfəri çərçivəsində yeni Amerika səfirliyinin açılışında iştirak etməli, həmçinin fevralın 26-27-də Birləşmiş Krallığın Baş naziri Tereza Mey ilə danışıqlar aparmalı idi. Bundan sonra Londondakı səfirliyin açılışını ABŞ-ın dövlət katibi Reks Tillerson edəcək.

Tereza Mey 2017-ci ilin əvvəllərində Vaşinqtona səfəri zamanı Kraliça II Elizabetin dəvətini Trampa çatdırıb. Bundan sonra təxminən 2 milyon britaniyalı miqrasiya qadağaları qərarına etiraz əlaməti olaraq, ABŞ prezidentinin dövlət səfərinin təxirə salınması üçün petisiyanı imzalayıb.