Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Antalyada Azərbaycanın futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil olunacaq

12 Yanvar 2018
Yanvarın 20-dən fevralın 3-dək Antalyada Azərbaycan futbol hakimləri üçün təlim-məşq toplanışı təşkil olunacaq.

AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesi Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərliyi ilə keçiriləcək. Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov təlimatçı, Namiq Quliyev isə məşqçi kimi fəaliyyət göstərəcək.

Toplanışda baş hakimlər Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Ramil Diniyev, İnqilab Məmmədov, Orxan Məmmədov, Elvin Əsgərov, Nicat İsmayıllı, Rəşad Əhmədov, Nail Nağıyev, Xəlil Xəlilov, Vüqar Həsənli, Etibar Həsənov və 15 referi köməkçisi iştirak edəcək.