Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sabirabad Rayon Məhkəməsinin hakimi T.B.Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında

12 Yanvar 2018
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 yanvar 2018-ci il