Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Liviya sahilləri yaxınlığında qayıq qəzası nəticəsində azı 50 miqrant həlak olub

10 Yanvar 2018
Bu gün Liviya sahilləri yaxınlığında miqrantları daşıyan qayığın batması nəticəsində azı 50 nəfər həlak olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qayıq Liviyadan İtaliyaya doğru hərəkət edirdi. Qəzadan sonra, həmçinin 100-ə yaxın miqrant itkin düşüb. Hələlik 17 nəfəri xilas etmək mümkün olub. Liviyanın sahil mühafizəsi miqrantları daşıyan ümumilikdə üç qayıq aşkarlayıb.

Liviya hakimiyyət orqanları hazırda ölkə ərazisində 700 minədək qaçqının olduğunu bildirir .

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən, 2017-ci ildə Aralıq dənizi vasitəsilə Avropaya gələn mühacir və qaçqınların sayı 171 min nəfərdən çox olub. Həmçinin köç zamanı 3 mindən çox insan həyatını itirib. İtaliya ötən il təxminən 119 min mühacir qəbul edib.