Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bitkilərə faydalı darçın…

09 Yanvar 2018
Adətən yeməklərdə və şirniyatlarda istifadə olunan darçının bir çox faydalarının olduğu da artıq hər kəsə məlumdur. Lakin bu ədviyyatın solan bitkiləri canlandırdığını bilirdinizmi?

AZƏRTAC Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tərkibində çoxlu miqdarda antioksidant olan darçın, eyni zamanda, güclü iltihabəleyhinə təsirə də malikdir. Bu xüsusiyyət bitiklərə də öz müsbət təsirini göstərir. Darçının köməkliyi ilə çiçəklərin solması, quruması kimi bir çox problemi aradan qaldırmaq mümkündür. Bu, evdə olduğu kimi baxçalarda yetiştirilən bitkilərə də aiddir.

Darçının bitkilərin qorunmasında istifadəsi üçün beş səbəb…

Bitkilərinizə qarışqa və ya həşəratlar daraşdıqda onları darçınla yox etmək mümkündür. Bu zaman bitkinin ətrafına səth şəklində darçın səpmək kifayətdir. Belə olduqda artıq heç bir həşərat bitkinizə yaxınlaşa bilməyəcək.

Bitkidəki göbələyin torpaqdan əmələ gəldiyi görüldükdə onun torpağına darçın səpilir. Göbələyin başqa səbəblərdən yarandığı müşahidə olunduqda isə darçın bitkinin yarpaqlarına tökülür.

Bitkinin yarpaqları və budaqlarında çürümə olduqda da zərər görmüş nöqtəyə darçın səpməklə bu problemi aradan qaldırmaq olar.

Yeni bir bitki əkdikdə onun qısa zaman ərzində böyüməsini istəyirsinizsə bunun üçün kimyəvi maddələrə ehtiyac yoxdur. Əkəcəyiniz bitkinin köklərini darçına batıraraq bir az saxlayın və sonra onu torpağa əkin. Bu zaman bitkinizin qısa zaman ərzində böyüyüb, çoxaldığının şahidi olacaqsınız.

Darçın zəifləmiş bitkinin əvvəlki halına geri dönməsinə də kömək edir. Bunun üçün əzilmiş iki aspirini bir xörək qaşığı darçın və yarım litr su ilə qarışdırıb 12 saat saxlamaq lazımdır. Saxlanma müddəti tamamlandıqdan sonra hazır məhlulu sprey vasitəsilə bitkinin üzərinə səpərək onların qısa müddət ərzində canlandığını görəcəksiniz.