Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Real Madrid” klubu La Liqada ardıcıl dörd səfər oyununda qalib gələ bilməyib

08 Yanvar 2018
“Real Madrid” futbol klubu İspaniya çempionatının 18-ci turunda səfərdə “Selta” ilə oyunda 2:2 hesablı heç-heçə edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ardıcıl dörd səfər oyunudur “Real” qalib gələ bilmir. Daha əvvəl “Real” “Atletik” və “Atletiko” ilə qolsuz heç-heçə edib, “Jirona”ya isə 2:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, sonuncu dəfə kral klubu 2008-ci ilin dekabrında ardıcıl 4 turda qələbə qazana bilməyib. Həmin vaxt Madrid klubu 1 oyunda heç-heçə edib və 3 matçda məğlub olub.