Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Google” danışa bilən nitq generatoru yaradıb

28 Dekabr 2017
“Google” korporasiyasının mütəxəssisləri canlı insan səsindən fərqlənməyən və danışa bilən nitq generatoru yaradıblar. “Tacotron-2” adlı sistem mətni nitqə yüksək keyfiyyətlə çevirə bilir.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, proqram neyroşəbəkələrdən ibarətdir. Birinci neyroşəbəkə mətn əsasında spektroqram yaradaraq “WaveNet” adlı ikinci alqoritmə ötürür. “WaveNet” onu səsləndirir.

“Tacotron-2” çətin tələffüz olunan sözlərin öhdəsindən asanlıqla gəlir və vərəqdən oxuyaraq durğu işarələrini nəzərə alır. Sistem cümlənin sonunu və başlanğıcını intonasiya ilə ayırır.

Proqramın işinin nümunələri artıq sistemin səhifəsində yerləşdirilib. Yeni sistemin tezliklə tətbiq olunması gözlənilir.