Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlin idman yekunları müzakirə edilib

25 Dekabr 2017
Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin yekunlarına dair tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Əvvəlcə 2017-ci il ərzində Azərbaycan idmançılarının qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Sonda ilin ən yaxşı məşqçisi, hakimi, federasiyası, idman klubu, idman verilişi və jurnalisti, idmançıları nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.