Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər kefirlə yeyilməsi məsləhət olmayan qidaları araşdırıblar

14 Dekabr 2017
Rus alimləri, diyetoloqlar və düzgün qidalanma üzrə mütəxəssislərin apardıqları birgə araşdırmalardan kefirlə bərabər istifadə olunan bəzi qidaların sağlamlıq üçün təhlükəli ola biləcəyi bəlli olub.

AZƏRTAC “Beta info” saytına istinadla xəbər verir ki, burada əsas məsələ turş süd məhsullarının digər qidalarla birgə düzgün istifadə olunmadığı təqdirdə bağırsaqlarda yaranabiləcək bir sıra problemlərdir. Diyetoloqlar kəsmik, kefir, qatıq, yoqurt və digər bu kimi süd məhsullarını bir sıra digər qidalarla qarışdırmağı məsləhət görmürlər.

Misal üçün alimlər xiyar, üzüm, göbələk, tropik meyvə olan manqonun kefirlə istifadəsini düzgün hesab etmirlər. Belə ki, bu ərzaqların adıgedən süd məhsulu ilə birgə istifadəsi mədədə həzm prosesini pozur. Bununla yanaşı moruq, qarağat və armudun da kefirlə yeyilməsi məsləhət deyil.

Bunların əksinə olaraq turş süd məhsullarının darçınla istifadəsi məsləhət görülür ki, bu da həzm prosesini yaxşılaşdırır.