Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Quba rayonuna səfərə gəlib

07 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.