Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləği 20 faiz artırılacaq

01 Dekabr 2017
2018-ci ilin dövlət büdcəsinin layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımının məbləğinin 20 faiz, yəni, 500 min manat artırılaraq 3,1 milyon manata, qeyri-hökumət təşkilatlarına nəzərdə tutulan maliyyə yardımının məbləğinin 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq 5,6 milyon manata çatdırılması təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.