Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-İran sərhədində yerləşəcək terminal Stavropol buğdasının ərəb ölkələrinə tədarükünü artırmağa imkan verəcək

14 Noyabr 2017
Stavropol buğdası yeni bazarlara çıxarılır.

AZƏRTAC “Eto Kavkaz” saytına istinadən xəbər verir ki, bunu Stavropol diyarının kənd təsərrüfatı naziri Vladimir Sotnikov bildirib.

Nazir deyib: “Buğda satışının perspektivli istiqamətlərindən biri Azərbaycanın və Gürcüstanın dəmir yolu nəqliyyat sistemindən fəal istifadəni nəzərdə tutan Xəzəryanı vektordur. Azərbaycan-İran sərhədində, “Astara” sərbəst iqtisadi zona ərazisində buğda terminalının tikilməsi tədarükün artırılmasına əlavə stimulu vəd edir. Terminalın tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Rusaqrotrans” şirkəti tərəfindən “Azrustrans” müştərək müəssisəsi yaradılıb. Terminal İranın iri Bəndər-Abbas limanından tranzit kimi istifadə etməklə, İrana buğda ixracının həcmini artırmağa və daha sonra onu Səudiyyə Ərəbistanı, Dubay və Misirə çatdırmağa imkan verəcək.